SOCAR neftçi ailələrinə maddi yardım ayırdı


21:29     28 Dekabr 2015 65f52f491a0e2f5e720ad42f9759261b4.jpg

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə beş min manat məbləğində birdəfəlik maddi yardım ayırıb.


SOCAR-ın mətbuat xidmətindən Femida.az-a bildirilib ki, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15 000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə Dövlət Neft Şirkəti də işçilərin ailələrinə birdəfəlik maddi yardım ayırıb.

Şirkətin prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5 000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 903