DİN: Bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır
15:51 05 May 2021
Sosial şəbəkələrin bəzi istifadəçiləri polis tərəfindən Sabunçu rayonunda dini mərasimlərin qarşısını alaraq zorakılıq etməsilə bağlı əsassız paylaşımlar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, respublika ərazisində tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.
Keçirilən mərasimlərin məqsədindən asılı olmayaraq, 5 nəfərdən artıq şəxsin bir yerdə cəmlənməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulmasıdır. COVID-19 infeksiyasına yoluxma təhlükəsini nəzərə alaraq, ayrı-ayrı ünvanlarda kütləvi toplaşmalarla müşayət olan halların qarşısı alınıb. Həmin şəxslərin hər birilə profilaktik söhbətlər aparılmaqla, barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub.
İnfeksiya şəraitində hər bir şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına və özünütəcrid tədbirlərinə ciddi əməl etməlidir.
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 774
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"