Məşəl Qəbələdə


05:12     27 May 2015 958554.jpg

“Bakı-2015”-in məşəli Qəbələdədir.


Femida.az xəbər verir ki, Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi müəllimi Anar Mustafayev qəbul edib.

Sonra on nəfər idmançı 2,5 kilometr məsafədə məşəl yürüşünü davam etdirib. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, Səməd Vurğun küçələrindən keçməklə Heydər Əliyev parkına gəliblər. Qəbələ Olimpiya İdman Kompleksinin məşqçisi Ehsan Nəzirov səhnəyə qalxaraq məşəli alovlandırıb.

Qəbələdə respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı da baş tutub. Sonda atəşfəşanlıq olub.

Açar sözlər:

Oxunub: 854