Arif Quliyev vəfat edib


09:14     07 May 2021 2021/05/004eaa89-6e79-3208-8c26-7f92e73596c3_850_1620365698.jpg

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev vəfat edib.

Bu barədə Femida.az-a aktyorun oğlu Rövşən Quliyev bildirib.

Qeyd edək ki, vəziyyəti pisləşən Xalq artisti "Yeni Klinika"nın reanimasiya şöbəsində EKMO cihaza qoşulmuşdu.

Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub. Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalmışdı.

Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

Açar sözlər:

Oxunub: 793