Azərbaycanda COVİD-ə yoluxanların 1.3 faizi ölüb


13:28     07 May 2021 21_05_07_1620380371.jpg

Azərbaycanda koronavirusdan sağalma faizi 92.3, ölüm faktı 1.4 faiz təşkil edir.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev deyib. Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusdan ölüm göstəricisi aşağıdır.

"Amma buna arxayın olmamalı, qabaqlayıcı tədbirlərimizi davam etdirməliyik. Kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalı, xəstəlik aşkar olunarsa, cəmiyyətdən təcrid olunmalıdır. Ölkədə 3 aydır vaksinasiyaya başlamışıq, amma hələ əhalinin 3.78 faizi vaksinasiya olunub, yəni hər iki vaksin kursunu keçib. Doğurudur, dünya miqyasında bu, az rəqəm deyil. Amma bizi qane etmir. Çıxış yolumuz əhalinin vaksinasiya olunmasıdır”,- deyə Cəlal İsayev bildirib.

Femida.az

Açar sözlər: #COVİD  

Oxunub: 354