Bakıda avtomobil aşıb, xəsarət alanlar var - FOTO


20:39     07 May 2021 21_05_07_1620402075.jpg

Bakida iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Xətai rayonunda, Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Renault Meqan” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı bardyora çırpılaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan iki nəfər bədən xəsarətləri alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Açar sözlər:

Oxunub: 1221