Ötən gün baş verən yol qəzalarında 3 nəfər ölüb


11:33     08 May 2021 21_05_08_1620455709.jpg

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36 fakt müəyyən edilib.

Ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 975