Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb


13:45     08 May 2021 2021/05/cetyene_yeni_1620467203.jpg

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Avşar kənd sakini Tapdıq Nəcəfov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı qanunsuz olaraq əkib yetişdirdiyi 64 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 989