Müharibə veteranlarına birdəfəlik maddi yardım ödənilib
17:26 08 May 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 29 aprel 2021-ci il tarixli Sərəncamına əsasən, həmin kateqoriyalardan olan şəxslərə birdəfəlik maddi yardım ödənişi təmin edilib.
Nazirlikdən Femida.az-a bildirilib ki, ümumilikdə 5648 şəxsə birdəfəlik maddi yardım verilib. Onlardan İkinci Dünya müharibəsi iştirakçıları olan 159 şəxsin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 5489 nəfərin hər biri isə 750 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.
Femida.az
Oxunub: 858
Oxşar xəbərlər
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- Müharibə başlayandan indiyədək 4,3 milyondan çox insan Ukraynanı tərk edib
- Müharibənin Ukraynaya vurduğu ziyan 100 milyard dolları ötüb
- Müharibədə Ermənistan yunan hakerlərdən dəstək alıb
- Müharibənin 43-cü günü: Əziz Şuşa, sən azadsan!
- Müharibənin 41-ci günü: Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb
- Müharibənin 36-cı günü: Erməni faşizminin belini qırırıq
- Müharibə veteranlarının reyestrinin yaradılması təsdiqləndi
- Müharibədən sonra azad edilən ərazilərdə 1560 erməni hərbçinin meyiti tapılıb
- Müharibə əlilləri ev alqı-satqısı zamanı rüsumdan azad edilir