Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olundu


20:23     08 May 2021 21_05_08_1620487425.jpg

Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxsi dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunub.

Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” fərmana edilən dəyişiklikdə qeyd olunub.

Femida.az

Açar sözlər: #Qarabağ   #Dirçəliş   #Fondu  

Oxunub: 1224