Masallıda iki idman zalında karantin qaydaları pozuldu
19:30 09 May 2021
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Qəriblər kəndində yerləşən “Arena” qapalı futbol meydançasında futbol oyununun təşkil edilməsi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən orada olan şəxslərə karantin rejiminin qaydaları izah olunub.
12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlərlə Masallı şəhəri ərazisində yerləşən trenajor zallarından birinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi aşkarlanıb və orada məşq edən 9 nəfər barəsində qanunamüvafiq qaydada inzibati protokol tərtib edilib.
Oxunub: 1162
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Masallıda subasmaya görə köməksiz qalan vətəndaş xilas edilib
- Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib
- Masallıda narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin üstü açılıb
- Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb
- Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb