Azərbaycanda 18 yaşından yuxarı hər kəsin vaksinasiyası başladı
08:58 10 May 2021
Bu gündən Azərbaycanda 18 yaşına çatmış bütün vətəndaşlarının vaksinasiya prosesi başlayır.
Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib.
Yanvardan Çin istehsalı olan "Sinovac" vaksinindən istifadə başlayıb. Ötən aydan isə ölkəmizə Sputnik-V vaksini gətirilib və tətbiqinə başlanılıb. Azərbaycana gətirilən vaksinlər tam təhlükəsizdir.
Vaksinasiyanın əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.
Femida.az
Oxunub: 770
Oxşar xəbərlər
- Ötən ay vaksin vurdurmaq üçün növbə götürənlərin sayı açıqlanıb
- Azərbaycanda son sutkada vaksinasiya qeydə alınmayıb
- Maska və vaksin pasportu ləğv edilir? - AÇIQLAMA
- TƏBİB “TURKOVAC” vaksini ilə bağlı vətəndaşlara çağırış edib
- Yanvar ayında vaksinasiya üçün onlayn növbə götürənlərin sayı açıqlanıb
- Azərbaycandakı Pfizer vaksinlərinin son istifadə müddəti bu tarixdə bitəcək - RƏSMİ
- ABŞ-da vaksinasiyadan imtina etdiyi üçün 27 hərbçi qovulub
- Azərbaycan Afrika ölkələrinə vaksin göndərib
- Azərbaycanda vaksinlənənlərin sayı 10,6 milyonu keçib
- "Buster" doza vurduranların sayı 900 mini ötüb