Novxanıda piyadanı avtomobillə vuran sürücü saxlanılıb


14:55     10 May 2021 21_05_10_1620642472.jpg

Mayın 7-də saat 22 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səadət Xəlilova vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

"Report" xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini E.İsazadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 942