İŞİD Zeynəbi başından vurub öldürdü


03:14     29 Dekabr 2015 1451323956.jpg


Suriyada dağıntılar içərisində pianoda ifa etməklə yaddaşlarda qalan Eyhəm Əhməd beynəlxalq Bethoven mükafatına layiq görülüb.

Femida.az-ın məlumatına görə, 27 yaşlı gənc ölkəsində vəziyyətin getdikcə ağırlaşdığını açıqlayıb.

Onun sözlərinə görə, 2011-ci ildən nə yemək, nə su, nə də işıq var:

“Qiymətlər sürətlə qalxdı və sağ qalmaq üçün pişik əti belə yeməli olduq. Aclıqdan ölənlər arasında dostlarım, qohumlarım var. Dünya isə baş verənlərə müşahidəçi qaldı. Ən ağırı isə oğlum Əhmədin aclıqdan ağladığını görmək və heç nə edə bilməmək idi”.

Suriyalı gənc çıxış yolunu küçənin ortasında piano qoyub ifa etməkdə görüb:

“Mənimlə birlikdə mahnı oxuyan qız uşağı Zeynəbi başından vurub öldürdülər. Onu fikirləşəndə içim parçalanır”.

Ötən ilin mayında vətəni tərk edən musiqiçi əl arabası ilə pianonu daşıyıb: “İŞİD üzvləri məni saxladılar. Mənə musiqi alətlərinin qadağan olunduğunu söylədilər və pianomu yandırdılar. Elə bil ürəyim alovlandı.

Anam Suriyadan getməyim üçün mənə 3 min avro verdi. Dedi ki, istəmirəm qardaşının taleyini yaşayasan. Qardaşım həbs olunub, indi öldü-qaldısından xəbərimiz yoxdur”.

Qeyd edək ki, E.Əhməd Almaniyaya sığınıb.

Açar sözlər:

Oxunub: 1187