Bakıda polisin “Saxla” əmrinə tabe olmayan sürücü qəza törətdi
15:55 10 May 2021
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə Bakı şəhər sakini E.Muradova məxsus “Opel” markalı avtomobilin mayın 5-dən 7-dək olan müddətdə F.İbrahimbəyov küçəsindən qaçırılması barədə məlumat daxil olub.
Femida.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 7-də saat 23 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib.
Sürücü polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmadığından məcburi saxlanılarkən avtomobili yol ayrıcısına vurub və avtomobildən düşüb qaçmağa cəhd göstərib.
Polis əməkdaşlarının çevikliyi nəticəsində Salyan rayon sakini M.Əliyev saxlanılaraq avtomobillə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 1115
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb