Vladimir Putin İlham Əliyevə telefonla zəng edib
16:05 10 May 2021
Mayın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, telefon söhbəti zamanı dövlət başçıları Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir.
Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib.
Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.
Oxunub: 975
Oxşar xəbərlər
- Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
- Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb
- Vladimir Putin Türkiyəyə səfər edəcək
- Vladimir Putin üçtərəfli görüşdən sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək
- Vladimir Zelenski Maya Sandu ilə görüşüb
- Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
- Vladimir Zelenski Donetskə getdi
- Vladimir Putin Azərbaycan - Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
- Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
- Vladimir Putin Azərbaycan xalqını təbrik edib