Paşinyanın kortejindəki qəzada yaralanan şəxsin vəziyyəti ağırdır


17:59     10 May 2021 2021/05/pasin-1620654429_1620655489.jpg

İrəvanda Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın kortejinə daxil olan avtomobilin törətdiyi qəzada xəsarət alan vətəndaşın vəziyyəti ağır olaraq qalır.

Femida.az xəbər verir ki, bu barədə “Qerasi” xəstəxana kompleksinin mətbuat katibi Şuşan Danielyan bildirib.

Danielyanın sözlərinə görə, xəstənin boyun hissəsində, onurğasında ciddi sınıq və xəsarətlər var, hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın korteji qəzaya düşüb. Hadisə paytaxt İrəvanda baş verib.

Məlumata görə, “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 703