Ucarda bazar yandı - FOTO


03:28     29 Dekabr 2015 ucar1.PNG



Bu gün axşam saat 21:30 radələrində Ucar rayonunun mərkəzi bazarında yanğın baş verib.
"Report" xəbər verir ki, alov qısa müddət ərzində geniş ərazini əhatə edib.
Hadisə yerinə Ucar Dövlət Yanğından Mühafizə Xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda yanğın nisbətən məhdudlaşdırılıb. Ətrafda olan evlər yanğından mühafizə olunub.
Hadisəyə ilkin səbəb kimi elektrik naqillərində baş verən qısa qapanma göstərilir. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1584