Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub


15:09     11 May 2021 2021/05/9f751-1620731037_1620731805.jpg

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissədə olub.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Müdafiə naziri bölmələrdə aparılan işlərlə tanış olaraq hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb. General-polkovnik Z.Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri hərbi qulluqçularla birgə nahar süfrəsi arxasında söhbət aparıb.



Açar sözlər:

Oxunub: 872