Türkiyə daha bir şəhid verdi


13:09     29 Dekabr 2015 sehid%20turkiyee.jpg

Türkiyənin Şırnak bölgəsinin Silopi rayonunda PKK terrorçularının zərərsizləşdirilməsi məqsədilə aparılan növbəti əməliyyat zamanı bir əsgər şəhid olub, biri isə yaralanıb.


Anadolu Agentliyinin məlumatına görə, əməliyyat zamanı PKK terrorçularının təşkil etdikləri hücum nəticəsində yaralanan 2 türk əsgəri xəstəxanaya çatdırılsa da onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə Baş Qərargahından verilən məlumatda Şırnak bölgəsində davam edən əməliyyatlarda 170 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Açar sözlər:

Oxunub: 1002