Azərbaycan Prezidenti Kazandakı terror aktına görə Putinə başsağlığı verib


19:12     11 May 2021 21_05_11_1620746013.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Femida.az -ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:


Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

Açar sözlər:

Oxunub: 433