Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
09:42 12 May 2021
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır.
Femida.az -ın xəbərinə görə, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.
Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var. Bununla yanaşı, verilən məlumata görə, dəvət olunan bir sıra mədəniyyət xadimləri səhhəti ilə əlaqədar festivalda iştirak edə bilməyəcək.
Oxunub: 1155
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir