Şəmkirdə silahlı insdent - 2 nəfər güllələndi
12:12 12 May 2021
Mayın 9-da saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olub.
Şəmkir Rayon Prokurorluğundan Femida.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Ramin Mehdixanov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
Oxunub: 1440
Oxşar xəbərlər
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib
- Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib
- Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb
- Şəmkirdə hamilə arvadını və qızını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
- Şəmkirdə arvadı və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Şəmkirdə bir neçə nəfər qidadan zəhərlənib
- Şəmkirdə yol polisi reyd keçirib