Sumqayıtda qanunsuz ağac kəsən şəxs cəzalandırıldı
14:25 12 May 2021
Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Bu barədə Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev məlumat verib. O bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub:
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib".
Femida.az
Oxunub: 957
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb