Azərbaycanda daha 13 nəfər vəfat etdi - Koronavirusdan


17:05     12 May 2021 21_05_12_1620825980.jpg


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 328 159 nəfər koronavirusa yoluxub. Onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib, aktiv xəstə sayı 13 612 nəfərdir.

Azərbaycanda son gün ərzində 7 155, hazırkı dövrədək isə 3 353 167 test aparılıb.

Femida.az

Açar sözlər: #Koronavirus  

Oxunub: 475