Qaribaşvili İrəvanda Paşinyanla görüşdü


19:41     12 May 2021 2021/05/609bd-1620828519_1620834276.jpg

Gürcüstanın baş naziri İrakli Qaribaşvili İrəvana səfəri çərçivəsində Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın hökümət administrasiyası məlumat yayıb.

Bildirilib ki, təkbətək və geniş tərkibdə baş tutan görüşlər zamanı tərəflər iki ölkə arasında mədəni, ticari, iqtisadi, nəqliyyat, logistika və energetika sahələrində əməkdaşlıqla bağlı müzakirələr aparıblar.

Qeyd olunub ki, görüş zamanı bölgədə sülh, stabillik və regional inkişafın önəmi vurğulanıb.

Açar sözlər:

Oxunub: 446