Kazanda orta məktəbə silahlı hücum edən şəxs törətdiyi cinayəti etiraf edib


19:53     12 May 2021 2021/05/609bf7b909a6b609bf7b909a6c1620834233609bf7b909a69609bf7b909a6a_1620834879.jpg

Tatarıstanın Kazan şəhərində orta məktəbdə odlu silahla 9 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Ilnaz Qalyavıyev günahını etiraf edib.

Femida.az-ın məlumatına görə, Kazan şəhərinin Sovetski rayonməhkəməsində Qalyavıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı məktəbə silahlı hücum edən 19 yaşlı Qalyavıyev barəsində iki daha çox şəxsi öldürmə maddəsi ilə ittiham irəli sürüb və onun barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsini xahiş edib.

Qalyavıyev törətdiyi cinayəti etiraf edib.

Məhkəmə Ilnaz Qalyavıyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, mayın 11-də Kazan şəhərində yerləşən orta məktəbdə silahlı hücum olub. Nəticədə yeddisi şagird olmaqla 9 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 492


Oxşar xəbərlər