Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
09:09 13 May 2021
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Ramazan bayramı ilə bağlı paylaşım edib.
Femida.az xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!
Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".
Femida.az
Oxunub: 1241
Oxşar xəbərlər
- Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- Mehriban Əliyeva uşaqları təbrik edib
- "Heydər Əliyevin müqəddəs arzusu reallaşıb" - Mehriban Əliyeva
- Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət edib
- Mehriban Əliyevadan soyqırım paylaşımı
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
- Mehriban Əliyevadan 20 Yanvar paylaşımı
- Mehriban Əliyeva Şuşa məscidinə “Qurani-Kərim” bağışladı
- Prezident və xanımı Şuşaya yola düşüblər
- Prezidentlə birinci xanımın Zəngilan və Qubadlı səfəri - VİDEO+FOTOLAR