Azərbaycanda bayram namazı qılınıb


10:07     13 May 2021 21_05_13_1620889066.jpg


Müqəddəs Ramazan bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən "Təzəpir" məscidində bayram namazı başlayıb.

Femida.az xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə aprelin 14-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə mayın 13-nə təsadüf edir.

Qeyd edək ki, bayram namazı "Əjdərbəy" məscidində saat 08:00-da, Şuşa şəhərinin Yuxarı Gövhərağa məscidində saat 09:00-da təşkil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 576