KİV: "Rüstəm Muradov dəyişdirilir"
11:36 13 May 2021
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb. Nəşr qeyd edir ki, Muradovun yerinə Cənubi Hərbi Dairə komandirinin müavini general-leytenant Aleksey Avdeev təyin ediləcək. Məlumata görə, o, cümə axşamı Xankəndinə gələcək, burada iki həftə ərzində işlərin təhvil alınması nəzərdə tutulur.
"Hraparak" daha əvvəl yazıb ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Rusiya rəhbərliyinə Muradov haqqında mənfi qiymətləndirmələri ehtiva edən məktub yazıb və orada komandirlik müddətinin uzadılmaması da əksini tapıb. Avinyanın sözçüsü sonradan bu məlumatı təkzib edib.
Qanuna görə, kontingent komandirləri hər 6 aydan bir rotasiya əsasında dəyişdirilir, lakin heç bir tərəfin etirazı yoxdursa, səlahiyyət müddəti uzadıla bilər.
Aprel ayında Muradov təyyarənin Bakıdan niyə "hərbi əsir" olmadan qayıtması ilə bağlı sualına cavab olaraq, Ermənistan rəhbərliyinin öz xalqını aldatdığını söyləyib. Yəni təyyarənin "əsir" gətirmək üçün Bakıya getmədiyini vurğulayıb. Qəzet yazır ki, bundan sonra Ermənistan rəhbərliyi onu əvəz etmək üçün səylər göstərib.
Femida.az
Oxunub: 495
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"