Salyanda avtomobil 68 yaşlı kişini vurub


10:14     14 May 2021 21_05_14_1620971566.jpg

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Kürqaraqaşlı kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Rüstəmov İbadulla Rüstəm oğlu yolu keçən zaman minik avtomobili onu vurub. Piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1316