Binədə 58 yaşlı qadını avtomobil vurdu


11:33     14 May 2021 piyada_olumu_233.jpg

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində 1963-cü il təvəllüdlü Qaraşova Yeganə Musa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 1127