“Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı


22:11     14 May 2021 big_1403505208_thy.jpg

“Türk Hava Yolları” aviaşirkəti Qəzza sektorunda davam edən gərginliklə əlaqədar Tel-Əvivə səfərləri müvəqqəti təxirə salıb.

Femida.az xəbər verir ki, bu barədə şirkətin rəsmi internet səhifəsində məlumat yer alıb.

Bildirilib ki, İstanbulun yeni hava limanından bu gün Tel-Əvivə nəzərdə tutulan bütün reyslər təhlükəsizlik tədbirləri məqsədilə təxirə salınıb. Mayın 15 və 16-na olan reyslərə bilet satışları isə dayandırılıb.

Qeyd edək ki, dünyanın bir çox aviaşirkəti bu istiqamətdə səfərlərin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Açar sözlər:

Oxunub: 937