Gəncə sakinində silah aşkarlandı


11:24     15 May 2021 21_05_15_1621062429.jpg

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Sabir Abdullayev şəhər ərazisində saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı, “revolver” tipli tapança edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 950