Bayram günlərində yol qəzalarında 15 nəfər ölüb


13:05     16 May 2021 qeza_yeni.jpg

Mayın 9-dan 16-dək - bayram günlərində respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, 1 həftəlik qeyri-iş günlərində 57 yol qəzası baş verib.

Nəticədə 76 nəfər yaralanıb, 15 nəfər ölüb.

Açar sözlər:

Oxunub: 915