Milli Məclis sədrinin İtaliyaya səfər proqramı açıqlanıb
14:15 16 May 2021
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən 19-dək bu ölkədə rəsmi səfərdə olacaq.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az
-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin Sədri İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin xarici işlər naziri ilə görüşəcək, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.
Nümayəndə heyətimizin İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub.
Oxunub: 856
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb