400 min manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır


10:13     17 May 2021 1414572607_mehkeme-cenubnews.jpg

Bakıda külli miqdarda dələduzluqda təqsirli bilinən“Troya LTD” MMC-nin sabiq direktoru Tağıyev Elşad Balay oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az -ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki,“Troya LTD” MMC-nin sabiq direktoru Tağıyev Elşad Balay oğlu 2016-cı ildə Nəsimi rayonu, Q.Quliyev küçəsi 38 ünvanında inşa edilmiş yaşayış binasında mənzilləri bir neçə nəfərə satıb.

Zərərçəkənlərinşikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, E.Tağıyev vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham edilib.

Ümumi zərər 400 min manata yaxındır.

Açar sözlər:

Oxunub: 876