Azərbaycanda 8 500-ə yaxın müəllim iş yerini dəyişmək istəyir


13:08     17 May 2021 21_05_17_1621244732.jpg


Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.


Femida.az xəbər verir ki, 5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13 105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib.

Onlardan 8 441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib. Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 653