Kremldən sərhəddəki gərginliyə reaksiya - Putinin mövqeyi açıqlandı


14:19     17 May 2021 21_05_17_1621247426.jpg

Rusiya Bakı və İrəvanla daim təmasdadır. Ermənistan və Azərbaycan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir.

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmür.

"Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri davamlı təmasdadır. Biz, həmçinin Bakı ilə daim əlaqə saxlayırıq. Prezident üçtərəfli razılaşmaların icrasına alternativ görmür. İndi gərginliyi azaltmaq, vəziyyətin nizamlanması üçün güclü səylər göstərilir",- deyə Peskov qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 780