ABŞ-a qarşı sanksiya layihəsi Milli Məclisdə


16:15     29 Dekabr 2015 milli7.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb.


Femida.az-ın məlumatına görə, qərar layihəsi layihənin müəllifi olan deputat Rövşən Rzayev tərəfindən təqdim olunub.

R.Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrdə müzakirəyə çıxarılmasını da xahiş edib: “Bu mənim Azərbaycana qarşı ikili standartlara bir etirazımdır".

Milli Məclisin spikeri Oktay Əsədov qərar layihəsinin müvafiq komitələrdə müzakirə olunmasını tapşırıb.

Açar sözlər:

Oxunub: 1288