Bu xanım Qarabağ Dirçəliş Fonduna mətbuat katibi təyin olundu


11:40     19 May 2021 2021/05/parvin_mam_1621410393.jpg

Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinator vəzifəsinə təyinat olub.

Femida.az xəbər verir ki, vəzifəyə Pərvin Məmmədova gətirilib. Bu barədə o, özü sosial media hesabından məlumat yayıb:

"Dostlar, bu gündən Qarabağ Dirçəliş Fondu-da PR və Kommunikasiya üzrə koordinator, alışdığımız dillə desək mətbuat katibi vəzifəsini icra edəcəyəm.

Qarabağ mövzusu hər bir azərbaycanlı kimi mənim üçün də çox həssasdır və bundan sonrakı mərhələdə kiçik də olsa xidmətim olacağı üçün çox qürurluyam!

Əminəm ki, 44 günlük Vətən müharibəsində yumruq kimi birləşən xalq olaraq, bundan sonra Qarabağın dirçəlməsi uğrunda daha da sıx birləşəcəyik".

Qeyd edək ki, P.Məmmədova bundan əvvəl Odlar Yurdu Universitetinin, daha əvvəl isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər: #Qarabağ   #fond  

Oxunub: 440