Daha bir çörək sexində nöqsanlar aşkarlandı


16:14     19 May 2021 2021/05/60a4f923d294060a4f923d29a5162142441960a4f923d293e60a4f923d293f_1621426620.jpeg

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin AQTA) əməkdaşları Şamaxı şəhəri, N.Nərimanov küçəsində fəaliyyət göstərən çörək və unlu məmulatların istehsalı sexində yoxlama keçirib.

Qurumdan Femida.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 621