Bakıda zəncirvari qəza: Ölən və yaralananlar var
17:32 29 Dekabr 2015
Bakıda ağır yol qəzası baş verib.
Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 28-də saat 17 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Anar Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə səkidə dayanmış paytaxt sakini Babək Soltanovu vurub. A.Əliyev idarəetməni itirdiyindən avtomobilini yolun kənarında dayanmış Məmməd Rüstəmova məxsus “Nissan” və Eşqin Vəliyevə məxsus “Mercedes” markalı avtomobillərə çırpıb. Nəticədə B.Soltanov hadisə yerində ölüb, A.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Oxunub: 933
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda