İsrail HƏMAS-ın 100 kilometrlik yeraltı tunelini məhv edib
11:55 20 May 2021
İsrailin Müdafiə Ordusu hava zərbələri ilə HƏMAS-ın Qəzza zolağında hərəkət tunelləri şəbəkəsinin 5 gün ərzində məhv edildiyini açıqlayıb.
Bu barədə Femida.az “RİA Novosti”yə istinadən xəbər verir.
İsrail ordusu tərəfindən yerləşdirilmiş videoçarxa əsasən, HƏMAS son onillikdə Qəzzada yaşayış binalarının altında tunel şəbəkəsi yaradıb. Tunellər döyüşçülərin İsrail ərazisinə raketlərin işə salınmasından sonra gizlənməsi üçün fəal istifadə olunub. Tunellər tezliklə hərəkat üzvlərinin yalnız gizlənmələri üçün deyil, həmçinin döyüş sursatlarını və silahı yerləşdirmək üçün istifadə edilən mürəkkəb yeraltı sistemə çevrilib.
Bildirilir ki, İsrail hərbçiləri əməliyyatın gedişatında demək olar, 100 kilometrlik yeraltı tuneli məhv etməyə nail olub. "Cəmi beş gün ərzində biz onu (tunel şəbəkəsini - red.) zərərsizləşdirdik", - ordunun mətbuat xidmətindən qeyd edilib.
Bundan əvvəl İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağındakı Həmas hərəkatının tunel sisteminə üç hücum təşkil edərək, anklavın şimalındakı 15 kilometrlik yeraltı tikilini məhv edib.
Oxunub: 520
Oxşar xəbərlər
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb
- İsrail ordusu İordan çayının Qərb sahilində anti-terror əməliyyatı keçirir
- İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub
- İsrail Baş naziri: “Qətiyyətli şəkildə Ukraynanın yanındayıq”
- İsrailin Baş naziri öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb
- İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib