İndiyədək peyvənd olunanların sayı açıqlandı


16:39     20 May 2021 2021/02/peyvend-1_1614167093.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 411 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 079, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 332nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 891 703, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 068 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 823 210təşkil edir.

Açar sözlər:

Oxunub: 662