AZAL hüquq-mühafizə orqanlarına müraciət etdi - SƏBƏB


19:23     20 May 2021 21_05_20_1621523058.jpg

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) onun adından fırıldaqçılıq faktları barədə məlumat daxil olub.

Femida.az xəbər verir, bu barədə aviaşirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar. ⠀

Aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb.

AZAL ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır. Aviaşirkət öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Femida.az

Açar sözlər: #AZAL  

Oxunub: 560