“Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama görmürük”
20:21 20 May 2021
“Ermənistanın siyasi dairələrindən - nə hökumətdən, nə də müxalifətdən heç bir müsbət açıqlama görmürük”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
“Azərbaycanlıların hisslərini təhqir etmək, bizi şeytan kimi qələmə vermək adi hala çevrilib. İyunda keçiriləcək seçkilərdən (Ermənistanda - red.) sonra nə olacağını, hansı ideologiyanın üstün gələcəyini bilmirik. Bununla belə, Azərbaycanofobiya, nifrət və genişlənmə ideologiyası onların öz cəmiyyətlərinin dağılmasına gətirib çıxarıb. İndi sahib olduqları üçün də yalnız özlərini və liderlərini günahlandırmalıdırlar”, - dövlət başçısı bildirib.
Femida.az
Oxunub: 411
Oxşar xəbərlər
- “Ermənistanın yeni hakimiyyəti çox böyük səhv etdi” - İlham Əliyev
- “Ermənistanın cinayətləri ilə bağlı 70-dən çox cinayət işi başlanılıb” - Baş Prokurorluq
- “Ermənistanın müharibə cinayətləri dayanmır” - Hikmət Hacıyev
- “Ermənistanın namərd hücumları bizim iradəmizi sındırmadı” - İlham Əliyev
- “Ermənistanın müharibə cinayətləri dözülməzdir” - Prezidentin köməkçisi
- “Ermənistanın 30 ildə qurduğu ordu darmadağın edilib”
- XİN rəhbəri: “Ermənistanın hərbi təcavüzünə gec-tez son qoyulacaq”