Gəncədə zəncirvari yol qəzası olub, xəsarət alan var


20:24     21 May 2021 xestexana_01888.jpg

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində, 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

"VAZ-2107", "Daewoo" və "KIA" markalı avtomobillərin iştirakı ilə nəticələnən zəncirvari yol qəzasında 1992-ci il təvəllüdlü Ləman Cəlilova xəsarət alıb. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1001