Şəhid Pərviz Nağıyev Tovuzda dəfn olundu


13:40     22 May 2021 21_05_22_1621677654.jpg

Vətən müharibəsində şəhid olan hərbçimiz dəfn olunub.

Femida.az xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlu doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, P.Nağıyev 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Respublika Hərbi Prokurorluğunun bu gün yaydığı məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1231