DYP Salyanda reyd keçirdi


15:38     22 May 2021 21_05_22_1621687230.jpg

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı piyada keçidlərində piyadalara yol verməyən sürücülər müəyyən edilib, onlarla profilaktiki söhbətlər aparılıb.

Qayda pozuntusuna yol vermiş sürücülərə yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi çatdırılaraq, bir daha bu cür qayda pozuntularına yol verməmələri tapşırılıb. Eyni zamanda, yol polisi əməkdaşları mövcud keçidlərdən istifadə etməyərək öz həyatları üçün ciddi təhlükə yaradan piyadaları saxlayıblar. Vətəndaşlarla maarifləndirici söhbətlər aparan inspektorlar, onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar veriblər.

Bundan əlavə, Salyan RPŞ-nin DYP bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki bütün küçə və prospektlərdə hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülür.

Əməkdaşları tərəfindən yollarda daha rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində piyada keçidlərində və yol nişanlarında cizgilənmə işlərinin aparılıb, bir neçə küçədə yeni yol nişanları qoyulub, köhnə nişanlar isə yeniləri ilə əvəz olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 3612